525.Az

"Xocalı faciəsinə məsuliyyət daşıyanlar özlərini qəhrəman kimi aparırlar, amma..."


 

"Xocalı faciəsinə məsuliyyət daşıyanlar özlərini qəhrəman kimi aparırlar, amma..."<b style="color:red"></b>

"Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik". 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

Bu gün Xocalı dəhşətinin 26-cı ildönümünün qeyd edildiyini vurğulayan səfir bildirib ki, Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı artıq çoxdan yetişib: "Onlar indi özlərini qəhrəman kimi aparır, amma mütləq hesab verməlidirlər". 

Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

 





26.02.2018    çap et  çap et