525.Az

Suriyada döyüşən daha bir azərbaycanlının məhkəməsi başladı


 

Suriyada döyüşən daha bir azərbaycanlının məhkəməsi başladı<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 6-a təyin edilib.

Qeyd edək ki, radikal-dini ekstremist cinayətkar birliyin üzvü, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb.

 





26.02.2018    çap et  çap et