525.Az

Ərdoğan və Makron arasında telefon danışığı


 

Ərdoğan və Makron arasında telefon danışığı <b style="color:red"></b> Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
 
APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan telefon danışığı zamanı E. Makronu “Zeytun budağı” əməliyyatının gedişi barədə məlumatlandırıb. O bildirib ki, Afrin terrorçulardan təmizləndikdən sonra qaçqınlar Suriyaya geri dönəcək.
 
İki lider, Suriyadakı siyasi məsələlərin həlli üçün birgə işləməyin əhəmiyyətinə toxunaraq Şərqi Qutada humanitar vəziyyətin yaxşılaşdırılması üçün atəşkəsin əhəmiyyətinə diqqət çəkib.
 
Tərəflər qarşıdakı proseslər zamanı da telefon əlaqəsini davam etdirmək barədə razılıq əldə ediblər.
 





26.02.2018    çap et  çap et