525.Az

AÇ-2020-nin qalibi 34 milyon avro qazanacaq


 

AÇ-2020-nin qalibi 34 milyon avro qazanacaq<b style="color:red"></b>

2020-ci ildə keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə TASS agentliyinə UEFA-nın baş katibi Teodor Teodoridis xəbər verib. 

O bildirib ki, qitə birinciliyinin mükafat fondu AÇ-2016 ilə müqayisədə yüksəkdi: “Ümumi mükafat fondu 371 milyon avro olacaq. Yəni iştirakçıların hər birinin payına minimum 1,25 milyon avro düşəcək. Avropa çempionu olacaq yığmaya isə 34 milyon avro veriləcək”. 

Fransada baş tutmuş AÇ-2016-nın mükafat fondu 301 milyon avro idi. 

Qeyd edək ki, AVRO-2020-də qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək.

 





26.02.2018    çap et  çap et