525.Az

Türkiyə Afrinlə sərhədboyu ərazilərə nəzarəti tam ələ keçirdi


 

Türkiyə Afrinlə sərhədboyu ərazilərə nəzarəti tam ələ keçirdi<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonu ilə sərhədboyu ərazilərə nəzarəti ələ keçirib.

Trend-in məlumatına görə, "Zeytun budağı" çərçivəsində hərbi əməliyyatları davam etdirilir.

Son sutka ərzində Afrinin qərbində, 7,8 kilometrlik ərazidə yaşayış məntəqələri azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 





26.02.2018    çap et  çap et