525.Az

Türkiyə zirehli avtomobillər üçün yeni texnologiya hazırlayır


 

Türkiyə zirehli avtomobillər üçün yeni texnologiya hazırlayır <b style="color:red"></b>

Türkiyə "Ejder Yalçın 4x4" zirehli avtomobilləri üçün yeni texnologiya hazırlayır.

Bu barədə Trend zirehli avtomobillər istehsal edən "Nurol Makina" şirkətinə istinadən məlumat verir.

Yeni texnologiya zirehli avtomobilləri sürücü və ekipaj üzvü olmadan idarə etməyə imkan verəcək.

Hazırda texnologiyanın hazırlanması üzrə işlər davam edir.

Qeyd edək ki, bir sıra ölkələr "Ejder Yalçın 4x4" zirehli avtomobillərindən istifadə edir. Bir müddət əvvəl Qətərə 400 belə texnika tədarük olunmuşdu.

 





26.02.2018    çap et  çap et