525.Az

Ərdoğan: "Şərqi Qutada atəşkəsə əməl olunmur"


 

Ərdoğan: "Şərqi Qutada atəşkəsə əməl olunmur"<b style="color:red"></b>

“BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Quta bölgəsində atəşkəslə bağlı qərar qəbul etsə də, təəssüf ki, qərara əməl olunmur”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşərkən Atatürk hava limanında jurnalistlərə bildirib.

“Biz bir neçə ay əvvəl Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniyə "oradakı uşaq və yaşlıları bizə verin müalicə edək" dedik. Ancaq onları bizə vermədilər, rejimə təslim etdilər. Fransa prezidenti Emmanuel Makronla da bugünkü telefon danışığında bu məsələni müzakirə etdik. Onun da məsələyə həssaslıqla yanaşdığını və narahat olduğunun gördüm”, - o vurğulayıb.

 





26.02.2018    çap et  çap et