525.Az

BMT: "Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir"


 

BMT: "Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir"<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurasının atəşkəsə dair qəbul etdiyi qətnaməyə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir, Dəməşq isə atəşə tutulur. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. 

“Əldə etdiyimiz məlumata əsasən, son 48 saat ərzində Şərqi Qutada döyüşlər davam edib. Nəticədə qadın və uşaqlar daxil olmaqla azı 30 nəfər həlak olub. Buna cavab olaraq Dəməşqin Şərqi Qutadan atəşə tutulması davam edir. Fevralın 19-dan etibarən Şərqi Qutada 500 nəfər ölüb, 15 min nəfər yaralanıb. Dəməşqin atəşə tutulması isə 14 nəfərin həyatına son qoyub, 214 nəfər  yaralanıb”, deyə S.Düjarrik qeyd edib.

 





27.02.2018    çap et  çap et