525.Az

Rus bölməsinin 808 abituriyenti "Azərbaycan dili" imtahanından kəsildi


 

Rus bölməsinin 808 abituriyenti "Azərbaycan dili" imtahanından kəsildi<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 23-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirdiyi imtahandan 808 nəfər kəsilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu imtahanda iştirak etmiş 1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıb.

Azərbaycan dili imtahanından "məqbul" qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Bu imtahan iyunun 23-də Bakı və Naxçıvan şəhərlərində keçirilib. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından, eyni zamanda, Azercell, Bakcell və Nar Mobile nömrələrindən iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 





24.06.2013    çap et  çap et