525.Az

Vaşinqtonda Nemtsov meydanının açılışı oldu


 

Vaşinqtonda Nemtsov meydanının açılışı oldu<b style="color:red"></b>

ABŞ-ın paytaxtı Vaşinqtonda Boris Nemtsov adına meydanın (Boris Nemtsov Plaza) açılışı olub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xüsusi lövhənin açılışı mərasimi siyasətçinin qətlinin 3-cü ildönümü ilə əlaqədar təşkil olunub.   

Qeyd edək ki,  Boris Nemtsov adına meydanda Rusiya səfirliyi yerləşir. 

Təntənəli mərasimdə 100-dək insan olub. Onların arasında Konqres üzvləri, Dövlət Departamentinin, Vaşinqton qanunverici şurasının əməkdaşları, diaspor üzvləri, mərhumun qızı Janna da iştirak edib.    

Meydanın adının dəyişdirilməsi qərarı Vaşinqton şəhər şurası verib. 

Xatırladaq ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində güllələnib. 

 





28.02.2018    çap et  çap et