525.Az

Çexiyada qrip epidemiyası 50 nəfərin həyatına son qoydu


 

Çexiyada qrip epidemiyası 50 nəfərin həyatına son qoydu<b style="color:red"></b>

Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutunun məlumatında bildirilir. 

Məlumata görə, ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Qalanları isə 25-59 yaşlarında olub.    

Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199 nəfərin vəziyyəti hazırda kritikdir.

 





28.02.2018    çap et  çap et