525.Az

İsa Qəmbər müayinə üçün Türkiyəyə getdi


 

İsa Qəmbər müayinə üçün Türkiyəyə getdi<b style="color:red"></b>

İsa Qəmbər xəstəxanadan evə buraxılıb. 

APA-nın məlumatına görə, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb. 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə olunmaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.

 





28.02.2018    çap et  çap et