525.Az

Məmmədyarov BQXK prezidenti ilə görüşdə kəlbəcərli girovlardan danışdı


 

Məmmədyarov BQXK prezidenti ilə görüşdə kəlbəcərli girovlardan danışdı <b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. 

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. BQXK tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə çatdırılıb. 

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq, 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb.

 





28.02.2018    çap et  çap et