525.Az

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir


 

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir<b style="color:red"></b>

Müdafiə Nazirliyinin (MN) NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

MN-dən 525.az-a verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur. 

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

 





28.02.2018    çap et  çap et