525.Az

Bakıda keçiriləcək hərbi paradın baş məşqi olub


 

Bakıda keçiriləcək hərbi paradın baş məşqi olub<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü ilə bağlı iyunun 26-da keçiriləcək hərbi paradın əsas məşqi keçirilib.

APA-nın xəbərinə görə, əsas məşqdə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, hərbi qurumların rəhbərləri iştirak edib. Əvvəlcə şəxsi heyət tribuna önündən keçib. Daha sonra hərbi texnikanın keçidi olub.
 
Bununla da hazırlıq başa çatıb.

 





24.06.2013    çap et  çap et