525.Az

Gürcüstan təhsil nazirindən azərbaycanlı şagirdin ölümü ilə bağlı başsağlığı


 

Gürcüstan təhsil nazirindən azərbaycanlı şagirdin ölümü ilə bağlı başsağlığı<b style="color:red"></b>

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Tbilisinin 70 saylı məktəbinin azərbaycanlı şagirdi Aslan Məmmədovun faciəvi ölümü ilə bağlı başsağlığı verib. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir bildirib ki, baş vermiş bədbəxt hadisənin səbəbi istintaqla müəyyən olunacaq və adekvat reaksiya veriləcək. 

“Aslan Məmmədovun ailəsi və doğmalarının böyük kədərini bölüşürəm. Xəsarət almış digər uşaqların tezliklə sağalacağına inanıram”, - M.Çxenkelinin başsağlığında deyilir.

 





01.03.2018    çap et  çap et