525.Az

Bakıda 17 yaşlı oğlan faciəvi şəkildə öldü


 

Bakıda 17 yaşlı oğlan faciəvi şəkildə öldü<b style="color:red"></b> İyunun 24-də Bakıda dənizdə çimən oğlan faciəvi şəkildə ölüb.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhər, Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinov çimərkən batıb. 17 yaşlı oğlanın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 06:48-də başa çatıb.
 





25.06.2013    çap et  çap et