525.Az

Aİ və ABŞ İranla nüvə razılaşmasını müzakirə edəcəklər


 

Aİ və ABŞ İranla nüvə razılaşmasını müzakirə edəcəklər<b style="color:red"></b>

Avropa İttifaqı və ABŞ rəsmiləri bu ilin martında Berlində görüşərək İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını müzakirə edəcəklər. 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Almaniya Xarici işlər nazirliyindəki mənbə bildirib. 

Görüşün martın 15-də baş tutacağı planlaşdırılır. Digər təfərrüatlar açıqlanmır.   

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri”  - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

 





01.03.2018    çap et  çap et