525.Az

Tbilisidə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi


 

Tbilisidə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi<b style="color:red"></b>

Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb.

Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.
 
Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır.

 





01.03.2018    çap et  çap et