525.Az

Jurnalistika fakültəsində kitab təqdimatı - Foto


 

Jurnalistika fakültəsində kitab təqdimatı - <b style="color:red">Foto</b>

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyevin “Birinci dünya müharibəsi illərində Azərbaycan mətbuatı (1914 – may 1918)” kitabının təqdimatı keçirilib.

Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri açan dekan, dosent Vüqar Əliyev müəllif və kitab barədə məlumat verib.

O, Birinci dünya müharibəsi illərinin jurnalistikasının mətbuat tariximizdə indiyədək öyrənilməməsinə diqqət çəkərək kitabı ictimai-siyasi və ədəbi-mədəni fikir tariximizi dəqiq və dürüst öyrənməyin mötəbər mənbələrindən biri kimi xarakterizə edib.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya sektorunun müdiri Xatirə Hüseynova, Bilik fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Jurnalistika fakültəsinin müəllimləri – Aygün Əzimova, Əli Hacıyev çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.

Sonda Samir Mirzəyev tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib, tələblərə kitabını təqdim edib.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru professor Şirməmməd Hüseynov, rəyçiləri Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri, professor Şamil Vəliyev və tarix elmləri doktoru, professor Nəsiman Yaqubludur.

Monoqrafiyada anadilli mətbuat, onun mövzu dairəsi, aparıcı jurnalist və publisistlər haqqında ətraflı məlumat verilib.

Kitab mətbuat tarixi sahəsində araşdırma aparan tədqiqatçılar, həmçinin jurnalistika fakültəsinin tələbə, magistr və doktorantları üçün nəzərdə tutulsa da, geniş oxucu kütlələri də bu nəşrdən istifadə də bilərlər

 





01.03.2018    çap et  çap et