525.Az

"Bayılda sürüşmənin uzunluğu 200-220 metr, eni 100-130 metr arasında dəyişir"


 

"Bayılda sürüşmənin uzunluğu 200-220 metr, eni 100-130 metr arasında dəyişir"<b style="color:red"></b>

“Bayıl yamacında sürüşmə sahəsinin uzunluğu 200-220 metr, eni 100-130 metr, qırılma qaşının hündürlüyü 5-12 metr arasında dəyişir”. 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.  

O qeyd edib ki, Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. 

Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200-250 metr cənub-şərqdə ötən ay sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb.

 





02.03.2018    çap et  çap et