525.Az

Putin Azərbaycan prezidentinə başsağlığı verdi


 

Putin Azərbaycan prezidentinə başsağlığı verdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. 

APA-nın məlumatına görə, başsağlığı məktubunun mətni Kremlin saytında yerləşdirilib. 

“Əziz İlham Heydər oğlu. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

 





02.03.2018    çap et  çap et