525.Az

Mavriki prezidenti Azərbaycana gələcək


 

Mavriki prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavriki Respublikasının prezidenti Amina Qurab-Fakim iştirak edəcək. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə xanım A. Qurab-Fakim martın 15-18-də Azərbaycana səfər edəcək.

Mavriki prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas məruzəçidir. 
 
Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavriki prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən UNESCO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.
 
Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının prezidenti İlir Meta, Makedoniya Respublikasının prezidenti George İvanov, Monteneqro prezindenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı gözlənilir. Eyni zamanda, Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 





02.03.2018    çap et  çap et