525.Az

Əyyub Kərimov dəm qazından boğularaq öldü - Yenilənib


 

Əyyub Kərimov dəm qazından boğularaq öldü - <b style="color:red">Yenilənib </b>

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb. 

APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

*** 15:26 

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov ölüb. 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ə. Kərimovun meyiti bu gün Nərimanov rayonunda yaşadığı mənzildə aşkarlanıb. 

Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

 





02.03.2018    çap et  çap et