525.Az

Volodin və Matviyenko Oqtay Əsədova başsağlığı verdilər


 

Volodin və Matviyenko Oqtay Əsədova başsağlığı verdilər<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən və 25 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib. 

APA-nın xəbərinə görə, bu barədə Dumanın rəsmi saytında məlumat verilib.  

“Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir. 

Rusiya Federal Məclisinin sədri Valentina Matviyenko da O. Əsədova başsağlığı verib.

 





02.03.2018    çap et  çap et