525.Az

Günay Əfəndiyeva Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüşdü


 

Günay Əfəndiyeva Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüşdü<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva dünən Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat ilə görüşüb.

Görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açmış, gələcək iş və layihələrdən bəhs edib. G.Əfəndiyeva, həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yenicə fəaliyyətə başlamağına baxmayaraq, Türk Dünyası tarixi-mədənin irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrindən, xarici ölkələrdə təşkil etdiyi konfrans, seminarlardan söz açıb.

S.Akat, öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətlərinin mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən məlumatlı olduğunu və Fondun bu səylərini yüksək qiymətləndirdiyini bildirib. Görüş zamanı, Fondun fəaliyyətinin bütövlükdə Türk Dünyası üçün əhəmiyyətinə toxunan S.Akat rəhbəri olduğu  Türkiyə-Azərbaycan Biznes Şurasının Fond ilə uğurlu əməkdaşlığına dair inamını ifadə edib.

Görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

 





04.03.2018    çap et  çap et