525.Az

Bakı metrosunda qatarların hərəkətində problem


 

Bakı metrosunda qatarların hərəkətində problem <b style="color:red"></b>

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevin "APA-Economics"ə verdiyi məlumata görə, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib:

"Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

 





05.03.2018    çap et  çap et