525.Az

Azərbaycan və Mərakeş arasında sənədlər imzalandı


 

Azərbaycan və Mərakeş arasında sənədlər imzalandı<b style="color:red"></b>

Azərbaycan hökuməti ilə Mərakeş hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb. 

APA-nın məlumatına görə, imzalanma mərasimi XİN-də keçirilən hökumətlərarası komissiyanın iclasında baş tutub. 

İclasda Azərbaycan və Mərakeş hökumətləri arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb.

Bununla yanaşı, iki ölkənin dəmir yolu qurumları arasında, eləcə də Azərbaycan Dövlət Dəniz Akademisyası və Mərakeş Dənizçilik Araşdırmaları Ali İnsitutu arasında niyyət protokoluna imza atılıb.

 





05.03.2018    çap et  çap et