525.Az

Meksika səfiri Neftçalaya səfər etdi


 

Meksika səfiri Neftçalaya səfər etdi<b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Neftçalaya səfər edib. Diplomat Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Meksika ilə Azərbaycan arasında regionlararası əlaqələri inkişaf etdirməkdir.

İcra başçısı meksikalı səfirə rayon və onun iqtisadi potensialı ilə bağlı ətraflı məlumat verib. Neftçalanın inkişafında əhəmiyyətli rol oynayan sənaye sahələrindən danışan İ.Vəliyev qonağı rayonda fəaliyyət göstərən bir sıra müəssisələr haqqında məlumatlandırıb. İcra başçısı bildirib ki, rayonun iqtisadi həyatında neft, qaz, yod, duzlu sular, kərpiç istehsalı və balıqçılıq önəmli yer tutur.

Səfir R.Labardini isə Meksika, onun iqtisadi inkişafı, eyni zamanda, ixrac səviyyəsi barədə danışıb. Meksikanın ümumi daxili məhsulunun 1,3 trilyon dollar təşkil etdiyini və xarici ticarət dövriyyəsinin 800 milyard dollara çatdığını deyən diplomat qeyd edib ki, neft və qaz Meksika ilə Azərbaycanı birləşdirən təbii bağlılıqlardı. Hər iki ölkə müvafiq regionların vacib iştirakçısıdır və şəxsi enerji potensialına malikdir.

Tərəflər Neftçala ilə Meksikanın Aquaskalientes (Aguascalientes) şəhəri arasında qardaşlaşmanın mümkünlüyündən söz açaraq, bu münasibətin iki xalqı daha da yaxınlaşdıracağına ümid etdiklərini bildiriblər.

Sonra səfir Labardini yod-brom və nərə balıqartırma zavodlarını, Neftçala sənaye məhəlləsinin obyektlərini ziyarət edib.

Ceyhun ABASOV

 





05.03.2018    çap et  çap et