525.Az

“Həmsədrlər işğalçı Ermənistanın danışıqları pozmasına imkan verməməlidir”


 

“Həmsədrlər işğalçı Ermənistanın danışıqları pozmasına imkan verməməlidir”<b style="color:red"></b>

“Təəssüf ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir nəticə əldə olunmayıb”.

Bu fikri mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini  Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb.

Millət vəkilinin sözlərinə görə, Minsk qrupunun həmsədrləri BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini əsasında fəaliyyət göstərməlidir: bu, onların mandatında təsbit olunub.

S. Fətəliyevanın bildirdiyinə görə, təəssüf ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir addım atılmır.

“Hansı ki, həmsədr dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyırlar.

Həmsədrlər münaqişənin həllində təsirli addımlar atmalıdırlar. Həmsədrlər işğalçı Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Yalnız belə olduğu təqdirdə danışıqların prosesində irəliləyişə nail olmaq mümkündür. Onu da deyim ki, dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir. 

Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Ərazi bütövlüyümüzün danışıqlar prosesində müzakirə mövzusu olmadığını deyən dövlətimizin başçısı sülh danışıqları nəticə verməsə, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad edəcəyini dəfələrlə vurğulayıb...” - deyə, S.Fətəliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





05.03.2018    çap et  çap et