525.Az

“İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr başqa təşkilatlarda bitərəf qalır”


 

“İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr başqa təşkilatlarda bitərəf qalır”<b style="color:red"></b>

"İslamofobiyanın süni şəkildə ortaya atıldığını hiss edirik. May ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Biz o iclasda İƏT-in islam dünyasının əsas təşkilatı olmasını təsdiq etmək barədə müzakirələr aparacağıq”. 

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

E. Məmmədyarov bildirib ki, İƏT-in və onun fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır: “Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.

 





05.03.2018    çap et  çap et