525.Az

Səfir: "Azərbaycan prezidenti Belarusa səfər edəcək"


 

Səfir: "Azərbaycan prezidenti Belarusa səfər edəcək"<b style="color:red"></b>

"Azərbaycan prezidenti ilin birinci yarısında, təxminən may-iyun aylarında Belarusa səfər edəcək".  

APA-nın xəbərinə görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. 

O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 7-10 rəsmi sənədin imzalanması gözlənilir. Sazişlər yüksək texnologiyalar, kənd təsərrüfatı, birja sahəsində əməkdaşlıq və digər sahələrə aid olacaq. 

Səfəri tarixi diplomatik kanallarla dəqiqləşdirilir.

 





05.03.2018    çap et  çap et