525.Az

Poroşenko İlham Əliyevə başsağlığı verdi


 

Poroşenko İlham Əliyevə başsağlığı verdi<b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib. 

APA-nın məlumatına görə, Poroşenkonun məktubunda deyilir: 

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanıb. Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm”. 

İ. Əliyevə həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov başsağlığı verib: “Hörmətli İlham Heydər oğlu. Bakıdakı Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar tatarıstanlıların adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciə nəticəsində həlak olanların doğmalarının və yaxınlarının ağrı-acısını bölüşür, onlara səbir diləyir, dərdlərinə şərik olduğumuzu bildiririk”.

 





05.03.2018    çap et  çap et