525.Az

Mehriban Əliyeva DSX Xüsusi Məktəbinin yeni korpusunun açılışında


 

Mehriban Əliyeva DSX Xüsusi Məktəbinin yeni korpusunun açılışında <b style="color:red"></b>

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub. 

APA-nın məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev M. Əliyevaya məruzə edib. Birinci vitse-prezident yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib. 

M. Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Kursantlar M. Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. 

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb. 

Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib.

 





05.03.2018    çap et  çap et