525.Az

Putin və Makron Suriyadakı vəziyyəti müzakirə etdilər


 

Putin və Makron Suriyadakı vəziyyəti müzakirə etdilər<b style="color:red"></b>

Rusiyanın dövlət başçısı Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub. 

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. 

Məlumata əsasən, söhbət zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel Rusiya, Suriya və İranı Şərqi Qutada hərbi əməliyyatlara son qoymağa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə çağırıblar.

 





05.03.2018    çap et  çap et