525.Az

"ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər"


 

"ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər"<b style="color:red"></b>

ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib. 

“Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb. 

Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur.

 





06.03.2018    çap et  çap et