525.Az

Müdafiə naziri cəbhə xəttində


 

<b style="color:red">Müdafiə naziri cəbhə xəttində </b>

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olub. 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, hərbi hissənin ərazisində Heydər Əliyevin abidəsi ziyarət edilib. Zakir Həsənov müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb. 

Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
 
Hərbi qulluqçular nazirə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.

 





06.03.2018    çap et  çap et