525.Az

Bakı metrosunda yeniliklər- Foto


 

Bakı metrosunda yeniliklər- <b style="color:red">Foto</b>

Yaxın gələcəkdə Bakı Metropolitenində bir sıra yeniliklər tətbiq olunacaq.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, yeniliklər ələlxüsus təzə tikilən stansiyalarda tətbiq ediləcək. Köhnə stansiyaların yenidən qurulması ilə bərabər, metroda 16 yeni stansiya tikiləcək. Ümumilikdə 2020-ci ilə qədər Bakı metrosunda 53 stansiya fəaliyyət göstərəcək. 2016-cı ilə qədər isə 8 yeni stansiya istifadəyə veriləcək.

Yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək: “Köhnə stansiyalarda platformanın uzunluğu 102 metrdir ki, burada vaqonların sayı 5-dir. Yeni stansiyalarda platformaların uzunluğu 144 metr olacaq ki, burada 7 vaqon olacaq”.

Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq. Təhlükəsizliklər tədbirlərindən biri də, stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb.

Belə ki, metroda ventilyasiya sistemi yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. eskalatorlardan əlavə, liftlər və travilatorlar quraşdırılacaq. Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara, metrodan istifadə üçün rahat şərait yaradılacaq. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.

 





25.06.2013    çap et  çap et