525.Az

Deputat: “Milli Şuranın təyin etdiyi mitinqlər qanunsuzdur”


 

Deputat: “Milli Şuranın təyin etdiyi mitinqlər qanunsuzdur”<b style="color:red"></b>

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Milli Şuranın indidən təyin etdiyi mitinqlər qanunsuzdur”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili əlavə edib ki, martın 19-a qədər seçkilərin lehinə və ya əleyhinə təbliğat aparmaq qanuna ziddir. 

“Bakı Şəhər İcra Hakimiyyətindən tələb etməliyik ki, aydınlıq gətirsin. Milli Şura adlanan bir qurumun seçki təbliğat-təşviqat kampaniyası başlamamış bu cür mitinqlərin keçirilməsinə icazə vermək nə qədər qanunidir? Gözləsinlər, martın 19-dan sonra keçirsinlər. Elə bilərsiniz, mən nədənsə narahatam, xeyr! Sadəcə qanunlara hörməti tələb edirəm”, - deyə Q. Həsənquliyev bildirib.

 





06.03.2018    çap et  çap et