525.Az

"Sürix protokollarının məqsədi Türkiyə-Azərbaycan münasibətlərini pozmaq idi"


 

"Sürix protokollarının məqsədi Türkiyə-Azərbaycan münasibətlərini pozmaq idi"<b style="color:red"></b>

"Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə İsveçrəni Sürix şəhərində imzalanmış  protokolların ləğvi gözlənilən idi. Ermənistan həm prezdent, həm də xarici işlər nazirliyi səviyyəsində son beş-altı ay ərzində bu istiqamətdə açıqlamalar vermişdi".

Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı  Ermənistanın Sürix protokollarını ləğv etməsi barədə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu,  sürpriz olmadı: "Serj Sarkisyan ötən il sentyabr ayında BMT-də Baş Assambleyaında çıxışı zamanı bu barədə bildirmişdi, xarici işlər naziri isə dekabr ayında bəyan etdi ki, 2018-ci ilin yazını protokollarsız qarşılayacaqlar. Bunun bir də arxa planı var. Əvvəla, çox aydın idi ki, protokollar prosesi ilə Ermənistanın məqsədi Türkiyə ilə münasibətləri normallaşdırmaq deyil, bu prosesdə Ermənistan və Türkiyə ilə yanaşı, digər tərəflərin, ABŞ-ın, Avropa dövlətlərinin, Rusiyanın özünə görə məqsədi var idi. Amma burda ən az səmimi olan tərəf Ermənistan idi.

Əsas məqsədi Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmağa, ikincisi psixoloji təcrid olumaqdan qurtulmağa çalışmaq idi. Azərbaycan ərazilərini işğal altında saxladığı üçün bilirsiniz ki, Ermənistanın həm Azərbaycan, həm Türkiyə tərəfdən yolu bağlıdır. Qismən Gürcüstan və İran vasitəsilə dünya ilə münasibətlər qurmağa çalışır, amma Ermənistan cəmiyyətində psixoloji təcrid vəziyyəti var. Azərbaycan istəyir ki, Ermənistan cəmiyyəti anlasın ki, bu, belə davam edə bilməz. İrəvan beynəlxalq hüquqa görə hərəkət edib, Azərbaycan ərazilərni azad etməlidir. Bundan sonra isə Ermənistan təcriddən azad olsun. Amma İrəvan Azərbaycan ərazilərini işğal altında saxlayaraq çıxış yolu tapmağa çalışır. O yolu tapmasa belə, cəmiyyətdəki narazılığı, psixoloji təcrid olunmaq duyğusunu aradan qaldırsın".

Siyasi şərhçinin fikrincə, protokollar həm də ona xidmət edirdi ki, bir yandan Azərbaycan və Türkiyənin münasibətəri pozulsun, digər tərəfdən cəmiyyətdə ümid yaradılsın ki, biz artıq vəziyyətdən çıxmağın ilk addımlarını atırıq: "Eyni zamanda, bu, Türkiyə üzərində daha çox təzyiq yaratmaq məqsədi güdürdü. Gözləntiləri o idi ki, bəlkə Türkiyə daxilində sərhəd məsələsi ilə bağlı fikir ayrılıqları yaratsınar. Ən azından siyasi qüvvələr arasında, hökumət daxilində. Həmçinin, Türkiyə dəfələrlə bəyan edib ki, sərhədlərin açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir. Türkiyənin şərtləri reallaşmadan, onu addımlar atmağa məcbur etmək istəyirdilər. Bu, alınmayanda çalışdılar ki, Türkiyənin üzərində başqa bir psixoloji təzyiq yaratsınlar.

"Bizim istədiyimizi etməsəniz, protokolları ləğv edəcəyik"  kimi bəyanatlar verdilər. Türkiyədəki hazırkı hakimiyyətin imkanlarını, mövqeyini nəzərə alsaq, bunu etməyəcəyi aydın idi. Ermənistan rəsmiləri açqlamalarında yenə də  Türkiyəni günahlandırırlar. Yəni Türkiyə bu addımları atmadığı üçün biz protokolları ləğv etdik. Çünki protokolların mahiyyətinə baxanda iki tərəfə də məsuliyyət düşürdü. Ermənistan bu protokollarda iki tərəf üçün olan məsuliyyətin öz üzərinə düşənindən tam imtina etmişdi. Özünün maraqlarını, beynəlxalq hüquqa zidd olan mövqeyini davam etdirərək, bütün hallarda məsuliyyətin qarşı tərəfin üzərinə düşməsinə çalışırdı".

Hadisələrin sonrakı inkişafına da toxunan A.Aslanlı vurğulayıb ki, protokollardan öncə də iki ölkə arasında məhdud çərçivədə də olsa yarı rəsmi, yaxud ictimai səviyyədə münasibətlər  olurdu. Protokollar dövründə isə bu, bir qədər artdı. Son dövrlərdə isə ünsiyyət yenidən azalmışdı.

Siyasi şərhçiyə görə, protokolların ləğvinin elanı ona səbəb olacaq ki, növbəti bu cür təşəbbüs sürətli getməyəcək və isti qarşılanmayacaq: "Artıq bir təşəbbüsün uğursuzluqla nəticələnməsi növbəti təşəbbüslə bağlı suallar yaradacaq. Hamı deyəcək ki, ötən dəfə nə nəticə oldu ki, indi nə gözləyək. Amma Türkiyə siyasətini bununla bağlı uğurlu qursa,  artıq bu prosesdən daha uğurla çıxa bilər. Aydındır ki, Ermənistan dövləti bütün məsuliyyəti Türkiyəyə yükləməyə çalışacaq və hazırda çalışır da. Amma Türkiyə tərəfi siyasətini uğurlu qursa, əksinə, Türkiyə Ermənistanın qeyri- səmimiliyini, beynəlxalq hüquqa, mehriban qonşuluğa zidd addımlarını daha rahat ifşa edə, dünyaya daha yaxşı göstərə bilər.

Bundan əvvəl Ermənistan konstitusiya məhkəməsinin bir arayışı var idi, orda protokollardan sonra ilk mənfi addımı atmışdılar. Ermənistan rəsmiləri Türkiyənin ərazi bütövlüyü, beynəlxalq mövqeyi ilə bağlı qonşuluğa yaraşmayan addımlarını, hücum, ittiham dolu mövqelərini davam etdirmişdilər. Konstitusiya məhkəməsinin rəyinin ardınca protokolların ləğv üçün bütün cığallıqları Ermənistan edib. Amma bunun  dünyaya necə çatdırılması əsas məsələlərdən biridir".

A.Aslanlı hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün yeni təşəbbüslərin olması gözləniləndir: "Həm Türkiyənin daxilində müəyyən dairələr, həm də Avropadakı müəyyən dairələr tərəfindən bu təşəbbüslər gözlənilir. Təşəbbüslərin bir qismi həqiqətən bölgədə sülhü və əməkdaşlığı qurmaq üçün, amma bir qismi təəssüf ki, yenə də Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq, Ermənistanı təcrid vəziyyətindən xilas etmək, regionda beynəlxalq hüquq pozuntularına göz yummaq üçün olacaq. Yəni xoş və pis niyyətli təşəbbüslər davam edəcək. Əsas odur ki, o mərhələ üçün də Türkiyə və Azərbaycan hazırlıqlı olsun".

PƏRVANƏ

 





06.03.2018    çap et  çap et