525.Az

Ötən il 54 polis xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb


 

Ötən il 54 polis xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb<b style="color:red"></b>

Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb. 

APA-nın məlumatına görə, daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb. 

Bundan əlavə, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, yanğın hadisələri, yol-nəqliyyat qəzaları və digər ekstremal vəziyyətlər zamanı insanların xilas edilməsində göstərdikləri fədakarlığa, habelə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə DİN-in müvafiq əmrlərinə əsasən 3280 əməkdaşa, o cümlədən 437 nəfərə DİN “Fəxri Fərmanı”, 312 nəfərə “DİO-da əla xidmətlərinə görə” döş nişanı, 1370 nəfərə pul mükafat verilib, 1161 nəfərə digər həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütövlükdə daxili işlər orqanları üzrə 15055 əməkdaş mükafatlandırılıb. 

O da qeyd olunub ki, ötən il ərzində xidməti vəzifələrini yerinə yetirərkən 54 əməkdaş xəsarət alıb.

 





06.03.2018    çap et  çap et