525.Az

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdilər


 

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə etdilər<b style="color:red"></b>

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.   

“Prezidentlər Suriyadakə vəziyyəti, xüsusən də Şərqi Quta bölgəsində yaşanan humanitar faciəni müzakirə ediblər. Onlar BMT TŞ –in qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi istiqamətində göstərilən səylərin və bölgəyə humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd ediblər”, - deyə mənbə bildirib.

Telefon danışığı zamanı R.T.Ərdoğan V.Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb: “Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.

 





07.03.2018    çap et  çap et