525.Az

Karlo Ançelotti rəsmən “Real”da


 

Karlo Ançelotti rəsmən “Real”da<b style="color:red"></b>

Madrid “Real”ı Joze Mourinyodan sonra boş qalmış baş məşqçi vəzifəsinə yeni mütəxəssis gətirib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı Karlo Ançelottinin “Real”ın baş məşqçisi təyin olunduğunu elan edib.

Onunla üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ançelottinin son iş yeri Fransa PSJ-si olub.

54 yaşlı mütəxəssis 18 illik məşqçilik karyerasında "Redjina", "Parma", "Yuventus", "Milan" (hamısı İtaliya) və "Çelsi" (İngiltərə) klublarını da çalışdırıb.

 





25.06.2013    çap et  çap et