525.Az

Amaşov: "Jurnalistlərin 60 faizi qadınlardır"


 

Amaşov: "Jurnalistlərin 60 faizi qadınlardır"<b style="color:red"></b>

"Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır". 

APA-nın məlumatına görə, bunu Mətbuat Şirasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycanda mövcud jurnalistlərin 60 faizi qadınlardır:

"Biz şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir".

 





07.03.2018    çap et  çap et