525.Az

Rusiya XİN-dən Türkiyə-Ermənistan protokolarının ləğvinə münasibət


 

Rusiya XİN-dən Türkiyə-Ermənistan protokolarının ləğvinə münasibət <b style="color:red"></b>

"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır". 

APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib. 

O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: “Biz əlaqələrinin normallaşmasını vacib hesab edirik. Bu, hər iki ölkənin maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”.

 





07.03.2018    çap et  çap et