525.Az

“Rusiya ilə Çin arasında tərəfdaşlıq sarsılmazdır”


 

“Rusiya ilə Çin arasında tərəfdaşlıq sarsılmazdır”<b style="color:red"></b>

Rusiya ilə Çin arasında tərəfdaşlıq sarsılmazdır. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib. 

“İnamımız liderlərimiz arasında olan dostluq və etimada, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsi, beynəlxalq məsələlərdə səylərin əlaqələndirilməsi, iki ölkə arasında mübadilənin artımına əsaslanır”, deyə Van İ qeyd edib. 

ABŞ-la münasibətlərə toxunan nazir deyib ki, iki ölkə arasında sağlam rəqabət mümkündür: “Biz hökmən rəqib olmamalıyıq, əməkdaşlığa səy göstərməliyik”.

 





08.03.2018    çap et  çap et