525.Az

Meksika səfiri Göyçayda


 

Meksika səfiri Göyçayda<b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Göyçaya səfər edib. Səfir Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı icra hakimiyyətinin başçısı qonağa Göyçay rayonu barədə geniş məlumat verib. M.Səlimzadə rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətlərindən danışıb.

R.Labardini isə Meksika barədə ətraflı çıxış edib,  rəhbərlik etdiyi diplomatik nümayəndəliyin fəaliyyətindən danışıb. O qeyd edib ki, səfirlik regionlararası əlaqələrin gücləndirilməsini vacib hesab edir. Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində həyata keçirilir. Diplomat Meksikanın kənd təsərrüfatı sektorunda əldə etdiyi uğurlardan danışaraq bildirib ki, bu sahədə olan irəliləyişlər Meksikanın ixracat səviyyəsində müsbət şəkildə əks olunur. Tərəflər ikitərəfli əməkdaşlığın yeni sahələrini müəyyənləşdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar. Görüşdə Göyçay ilə Meksikanin bir şəhəri arasında qardaşlaşma əlaqələrinin mümkünlüyü qeyd edilib.

Daha sonra səfir süd və nar şirəsi istehsalı zavodlarını ziyarət edib.

Ceyhun ABASOV

 





08.03.2018    çap et  çap et