525.Az

ABŞ-dan Türkiyəyə “S-400” xəbərdarlığı


 

ABŞ-dan Türkiyəyə “S-400” xəbərdarlığı<b style="color:red"></b>

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir.  

APA-nın RİA Nobosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib.  

O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", -deyə general bildirib. Kertis Skalarrotti "digər  fəsadlar"ın mahiyyətini açıqlamayıb.  

"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları S-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə  inandırmağa çalışırıq" -  deyə Kertis Skalarrotti  qeyd edib.

 





09.03.2018    çap et  çap et