525.Az

NATO Türkiyəyə Afrindəki əməliyyatının miqyasını azaltmağı təklif etdi


 

NATO Türkiyəyə Afrindəki əməliyyatının miqyasını azaltmağı təklif etdi<b style="color:red"></b>

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib.    

"Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", - deyə Rouz Qetemüller Brüssel Forumunda çıxışı zamanı bildirib.  

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 





09.03.2018    çap et  çap et