525.Az

Candan Erçetin “Qalatasaray”da köməkçi oldu


 

Candan Erçetin “Qalatasaray”da köməkçi oldu <b style="color:red"></b> "Qalatasaray"ın dünən keçirdiyi toplantısı ilə klubun yeni idarə heyəti müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vəzifələrdən birinə Türkiyənin məşhur müğənnisi Candan Erçetin təyin olunub. O,  klubun idarə heyətinin rəhbər köməkçisi seçilib.

Özkan Olcay isə klubun vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, Candan Erçetin 2007-2009-cü illərdə İstanbul klubun dərnəyinin rəhbəri vəzifəsində işləyib.  2009-ci ildən sonra isə o, "Qalatasaray" Universitetində çalışır.
 





26.06.2013    çap et  çap et